Müdafiə Nazirliyi bildirir ki, oktyabrın 30-da axşam saatlarından başlayaraq erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin "AQS-17" tipli avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən verilən məlumatda bildirilir ki, qəti cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Müdafiə Nazirliyi bir daha xəbərdar edir ki, qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür..
