
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Litva və Latviyaya rəsmi səfərə gedib. APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Z. Həsənov iyulun 1-dən 2-dək Litvada və iyulun 2-dən 4-dək Latviyada səfərdə olacaq.
Hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.