Azərbaycanın iqtisadi rayonlarında bu ilin yanvar-mart ayları üzrə illik inflyasiya səviyyəsi açıqlanıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ən yüksək illik inflyasiya Quba-Xaçmaz (4,8%) və Yuxarı Qarabağ (4,8%), ən aşağı inflyasiya isə Naxçıvan iqtisadi rayonunda (2%) qeydə alınıb.
Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-mart aylarına nisbətən 103%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,2%, qeyri-ərzaq məhsulları üzrə 101,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,4% təşkil edib.
Cari ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101%, əvvəlki ilin mart ayına nisbətən 103,3% olub.
Azərbaycan iqtisadi rayonlarının istehlak qiymətləri indeksi:
№ | 2020-ci ilin yanvar ayı 2019-cu ilin yanvar ayına nisbətən, % | 2020-ci ilin mart ayı 2020-cu ilin fevral ayına nisbətən, % |
1 | 104,8 | 102,1 |
2 | 104,8 | 101,4 |
3 | 104,2 | 101,5 |
4 | 104,2 | 101,2 |
5 | 104,2 | 101,1 |
6 | 104,1 | 100,9 |
7 | 104,0 | 101,0 |
8 | 104,0 | 101,2 |
9 | 102,0 | 101,2 |
