Azərbaycanın Birləşmiş Ərəb Əmriliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov Dubayda hər il keçirilən nəhəng Global Village beynəlxalq mədəniyyət və ticarət festivalının baş direktoru Bader Anvahi ilə görüşüb.

Azərbaycanın Global Village beynəlxalq festivalında iştirak imkanları müzakirə edilib

Görüşdə hər il beş milyondan çox ziyarətçinin gəldiyi festivalın imkanları öyrənilib, Azərbaycanın iştirakı müzakirə edilib.
Azərbaycanın Global Village beynəlxalq festivalında iştirak imkanları müzakirə edilib

Daha sonra festivalın rəhbəri və əməkdaşları səfir, Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev və səfirliyin birinci katibi Sabir Rzayevi festival və onun pabilyonları ilə tanış edib, bu möhtəşəm tədbirin müxtəlif əyləncə və satış imkanları ilə tanış ediblər.
Azərbaycanın Global Village beynəlxalq festivalında iştirak imkanları müzakirə edilib
Azərbaycanın Global Village beynəlxalq festivalında iştirak imkanları müzakirə edilib

Görüşün yekunu üzrə Azərbaycanın festivalda iştirakı istiqamətində iş aparılması barədə razılıq əldə edilmişdir.
.