"Biz istənilən ölkənin, o cümlədən Azərbaycanın da ərazi bütövlüyünü tanıyırıq”.
Yenizaman.az xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan "RIA Novosti” agentliyinə müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, xalqların öz müqəddəratlarını təyin etməsilə bağlı prinsip heç vaxt ərazi bütövlüyü prinsipi ilə ziddiyət təşkil etmir:
"Ona görə ki, ərazi bütövlüyü dövlətlərarası münasibətlərə, öz müqəddəratını təyin etmə isə xalqlar arası əlaqələrə aiddir. Əgər biz, öz müqəddəratını təyin etmə prinsipini rədd ediriksə, o zaman Sovetlər İttifaqının tərkibindən çıxmamalı idik. Axı, bu həmin prinsip əsasında baş verib”.
.
