Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qey­ri-qanuni miqrasiyaya qarşı mübarizə istiqamətində tədbirlər davam etdirilir.

DSX-dən verilən məlumata görə, dekabr ayının 20-də Yardımlı rayonu Deman kəndi ərazisində İran İslam Res­publikasından Azərbaycan Respublikasına dövlət sərhədindən külli miqdarda nar­kotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılar gətirdikləri malı ataraq geri qaçıblar. Xidməti sahədən qaçaq­mal­çılara məxsus 6 kq 580 qram marixuana və 70 qram heroin götürülüb.

Dekabr ayının 20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublika­sından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozaraq keçməyə cəhd göstərən Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Sadiqova Dilbər Daminovna saxlanılıb.
.