Musa Ağayev: "Siyasətin görünən və görünməyən tərəfləri var”
Son günlər Azərbaycanda yenə diplomatik aktivlik çox hiss olundu. Əgər bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin xarici səfərləri və bu səfərlərdə imzalanan sənədlər, verilən bəyanatlar bu siyasi-diplomatik passionarlığın səbəbi və həm də nəticəsi idisə, bu dəfə dövlət başçıdı yüksək səviyyəli xarici siyasi missiyaları Azərbaycanda ağırladı, çox mühüm, səmərəli və yüksək verimli danışıqlar aparıldı. Bu diplomatik aktivlik Azərbaycanın dünya birliyinə inteqrasiyasında, onun ümumiyyətlə, gələcək inkişafında hansı rolu oynayacaq? Bu və başqa suallarla Bizim Yol politoloq, Yeni Zaman Partiyasının sədri, "Yeni Zaman” və "Novoye Vvremya” qəzetlərinin təsisçisi Musa Ağayevə müraciət edib. Həmin müsahibəni diqqətinizə çatdırırıq.
– Son həftədə Azərbaycan bir sira yüksək sviyyəli qonaqları qəbul etdi. Bunlardan biri İsrailin müdafiə naziri Aviqdor Liberman idi. Onun ardınca Türkiyə Prezidenrti Rəcəb Tayyip Ərdoğan gəldi. Belə bir ehtimal irəli sürüldü ki, Azərbaycan İsraillə Türkiyənin münasibətlərinin normallaşmasında hansısa rol oynayaır və ya oynaya bilər? Bəzi analitiklərə görə isə, bu, Azərbaycana qarşı Ermənistan tərəfdən səslənən avantürist bəyanatlar və eləcə də, avantürist addımlar fonunda Azərbaycana dəstək göstərişi olub. Bu fikirlərlə razısınızmı?
-Azərbaycanın yerləşdiyi məkan böyük geosiyasi əhəmiyyətə malikdir onun üçün də xarici dövlətlərin rəhbərlərinin və nümayəndələrinin ölkəmizə müntəzəm səfərləri təbiidir.Qaldı ki İsrailin müdafiə naziri Aviqdor Liberman Azərbaycana səfərinə doğurdan da hansısa ölkənin müdafiə nazirinin 5 günlük xarici səfərinə rast gəlinməyib. Bakıda Liberman Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparıb, daha sonra müdafiə naziri, müdafiə sənayesi naziri, Sərhəd Xidmətinin rəisi ilə görüşlər keçirib. İsrail müdafiə nazirinin Azərbaycanın xarici işlər naziri, baş naziri və baş nazirin müavini ilə görüşləri də olub. Libermanın səfərinin bu cür uzun çəkməsi və danışıqların intensivliyi İsrailin regionda geosiyasi proseslərin gərgin olduğundan öz dölətinin maraqlarından narahatçılıq keçirdiyini göstərir. Regionda geosiyasi proseslər gərginləşdiyi, İran-ABŞ münasibətlərinin kəskinləşdiyi bir zamanda İsrailin müdafiə naziri Aviqdor Libermanın Bakıya səfər etməsi gözlənilən idi.
İsrail üçün Azərbaycan dünyada əsas hərbi tərəfdaşlardan biridir və Liberman özü dəfələrlə Bakıda səfərdə olub. Həm xarici işlər naziri, həm baş nazirin dəftərxanasının rəhbəri ranqında. Ancaq ilk dəfədir ki, o müdafiə naziri statusunda Bakıda oldu. İsrail Azərbaycanla hərbi əməkdaşlığı davam etdirmək istəyir. Azərbaycan bu vaxta qədər İsraildən 5 milyard dollar civarından silah və hərbi texnika alıb.. Azərbaycan İsrailin ”Dəmir günbəz” raketlərdən müdafiə sisteminə də maraq göstərir. İsrail Azərbaycana silah satışında daha üstün mövqe tutub gəlir əldə etmək fikrindədir.
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan isə Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirak etmək üçün gəlmişdi və əlbəttə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü də keçirildi.
Qaldı ki ehtimal irəli sürüldü ki, Azərbaycan İsraillə Türkiyənin münasibətlərinin normallaşmasında hansısa rol oynayaır və ya oynaya bilər.Onu qeyd edim ki İsraillə Türkiyənin münasibətləri var və bu davam edir.Siyasətin görünən və görünməyən tərəfləri var.
– Bir az əvvəl ATƏT Parlament Assambleyasının da Prezidenti də gəlmişdi. Eləcə də, NATO-dan və ABŞ-dan yüksək səviyyəli rəsmi heyətlər, missiyalar gəldi. Qərbin bu fəallığı nədən doğur? Burda Qərbin əldə etmək istədiyi nədir?
– Elə bu gün də NATO Baş katibinin müavini Rouz Hotemüller Bakıda səfərdədir.Baxın Rouz Hotemüller jurnalistlərə verdiyi cavaba "NATO qanunun aliliyi mövqeyindən çıxış edən alyansdır. Biz ölkələrin ərazi bütövlüyü məsələsi üzrə BMT-nin Nizamnaməsi və ATƏT-in Helsinki yekun aktını vacib hesab edirik”.
"Biz həmçinin bütün münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh yollarının axtarışı üzrə səylərini dəstəkləyirik”. Şablon cümlələr və Ermənistanın təzavüzkar olması Azərbaycan torpaqlarını işğal etməsi haqqında heç bir kəlmə heç vaxt demirlər.
Qərbin bu fəallığı nədən doğur? Burda Qərbin əldə etmək istədiyi nədir? Sualına isə qeyd etdim ki Azərbaycanın yerləşdiyi məkan böyük geosiyasi əhəmiyyətə malikdir və onun üçün burada bütün dövlətlərin marağı var və o cümlədən Qərbin. Amma məsələ ondadir ki Qərb bizim maraqlarımızı nəzərə alırmı.Əlbəttə yox. Qərbin əsas məqsədi regionda nüfuz dairəsinə sahib olmaqdır.
– Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatina müşahidəçi statusunda qoşulması bizə nə qazandırar? Bu, bizim Qərb ölkələri ilə münasibətlərimizə necə təsir edəcək?
-Daha çox beynəlxalq təşkilatlarda təmsil olunmaq daha sıx siyasi və iqtisadi əlaqələr qurmaqdır. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatina müşahidəçi statusunda qoşulması ona iqtisadi müzakirələrə qatılmaq imkanı və gələcəkdə ölkəyə investisiyaların cəlbinə böyük töhvə verə bilər.
Şanxay Əməkdaşlıq Təşkilatinda təmsil olunan dövlətlərin hər birinin öz maraqlarının olduğunu deyib. Azərbaycan bu təşkilata üzv ölkələr ilə münasibətlər saxlayır. Azərbaycan üçün bu münasibətlər prioritet təşkil edir. ŞƏT-ə müşahidəçi qismində qoşulmağımız bu ölkələr ilə münasibətləri kompleks şəklində inkişaf etdirməyə imkanlar yaradacaq. Bu, həmin ölkələrlə olan siyasi əməkdaşlığı yeni mərhələyə keçirməyə imkan verəcək.
Bu təşkilatda Azərbaycan üçün ən maraqlısı məsələ təhlükəsizliklə və iqtisadi əməkdaşlıq məsələləridir.
ŞƏT-ə üzv ölkələrlə Azərbaycanın uzunmüddətli əməkdaşlıq münasibətləri var və bu strateji əməkdaşlıq səviyyəsi yüksəlir: Bu təşkilatın üzvü olan iri və kifayət qədər nüfuzlu olan ölkələr var. Rusiya, Çin, Hindistan, Pakistan kimi ölkələrlə bizim münasibətlərimiz kifayət qədər yaxındır. İlk növbədə iqtisadi və digər layihələr çərçivəsində qarşlıqlı şəkildə əməkdaşlıq edirik. Bu təşkilatın dünyda da siyasi çəkisi yüksəkdir. Düşünürəm ki, belə bir təşkilatda Azərbaycanın da olması i Azərbaycana fayda verə bilər. Bu təşkilatda bizim fəaliyyətimiz daha da aktiv olmalıdır.
Bu, bizim Qərb ölkələri ilə münasibətlərimizə necə təsir edəcək sualina isə qeyd edim ki Azərbaycan öz milli maraqlarından uyğun siyasət aparmalıdır Qərbin öz maraqları var.
– Çin də bölgədə çox fəallaşıb. Azərbaycanın Çinlə münasibətləri necə inkişaf edir? Bu bölgəmizə və ölkəmizə necə təsir edəcək? Demoqrafik ekspansiya təhlükəsindən danışanlar var.
– Çin ilə qarşılıqlı faydalı əməkdaşlığın nəticəsi olaraq Azərbaycanla Çin "İpək Yolu” layihəsinin gerçəkləşdirmişdir. Azərbaycanın Çinlə münasibətləri amma deməzdimk ki yüksək xətlə inkiçaf edir. ? Demoqrafik ekspansiya təhlükəsi isə real ola bilər.Amma ölkədə qanunlar düzgün işləsə belə təhlükə olmamalıdır.
– Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin də Azərbaycana səfəri gözlənilir. Bu səfərdən nə kimi nəticələr gözləyirsiniz? Bu səfər Azərbaycan-Rusiya münasibətlərinə hansı yeniliklər gətirəcək? Bəziləri deyir ki, Putinin həm Ermənistana, həm Azərbaycana dalvadal səfər etmək planı onun hər iki dövlətdən eyni məsafədə dayanmaq görsənişini yaratmaq istəməsi ilə bağlıdır. Ancaq eyni zamanda erməni mətbuatı açıq yazır ki, Rusiya rəhbərliyi Ermənistandakı indiki hakimiyyəti sevmir. Hansı fikir daha doğrudur Sizcə?
– Rusiya Prezidenti Vladimir Putin sentyabrın 25-də Azərbaycana səfər edəcək. Artıq görüşün bəzi detalları açıqlanıb Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov qeyd edib ki Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri Rusiya-Azərbaycan regionlararası forumunun keçirilməsinə həsr olunacaq və iki dövlətin əməkdaşlığının çoxtərəfliyinin sübutu olacaq.
Hesab edirəm ki bu görüşdə təkcə iqtisadi əməkdaşlıq deyil eləcə də Rusiya ilə Azərbaycan arasında siyasi-iqtisadi və hərbi texniki sahədəki əməkdaşlığın genişləndirilməsi bölgədə və dünyada gedən siyasi proseslər müzakirə olunacaq.Sözsüz ki Qarabağ münaqişənin həlli ilə bağlı xüsusi müzakirə olacaq.
Azərbaycanın KTMT və Avrasiya İqtisadi İttifaqında yer alması məsələləri də müzakirə olunması gözləniləndir.
Bu səfərdən nə kimi nəticələr gözləyirsiniz? Bu səfər Azərbaycan-Rusiya münasibətlərinə hansı yeniliklər gətirəcək? Sualınıza isə cavabım belədir ki Azərbaycan tərəfinin atacağı addımlardan çox şey asılıdır.
Amma deyirsiniz erməni mətbuatı açıq yazır ki, Rusiya rəhbərliyi Ermənistandakı indiki hakimiyyəti sevmir.Bəli Rusiya Xarici işlər naziri Sergey Lavrov eləcə də digər rəsmi şəxslər dəfələrlə bəyan ediblər ki Moskva Ermənistanda baş verən siyasi proseslərdən ciddi narahatdır və Ermənistan rəhbərliyinin verdiyi sözlərlə etdiyi hərəkətlərinin uyğun olmadığnına görə tənqid ediblər.
– Belə bir fikir yenidən aktuallaşıb ki, Azərbaycan strateji seçim qarşısındadır: Qərb, ya Rusiya. Belə bir seçim dilemması Sizcə, Azərbaycanın qarşısında varmı? Azərbaycan dünya birliyində öz yerini qoruçaq və çəkisini artırmaq üçün hansı siyasət izləməlidir?
-Strateji seçim etmək həmişə aktualdır. Amma Qərb, ya Rusiya seçimi etmək dilemmasını Qərb aktuallaşdırmışdı.Biz və bütün dünya bunun nəticəsini Ukraynada görürük. Ukraynanın bu vəziyyətə düşməsinin səbəbkarı Qərb oldu. Qərb Rusiyaya qarşı Ukraynanı öz oynuna salıb bu vəziyyətə saldı. Amma hesab edirəm ki bölgəmizdə və dünyada sürətlə gedən siyasi proseslər göstərir ki artıq Azərbaycan da düzgün strateji seçim etmək zorunda olacaq.
.