Prezident İlham Əliyev bu gün Azərbaycanın bir neçə xarici ölkələrdəki  səfirlərini geri cağırmaq haqqında sərəncam imzalayıb.


Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Abbasəli Həsənov Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Azərbaycanın Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Kamil Tacid oğlu Xasiyev vəzifəsindən geri çağırılıb.

.