“Bu gün Belçikadakı qatı radikal erməni diaspora təşkilatı olan EAFJD saat 15-də Ermənistanın milli günü münasibətilə Avropa Parlamentinin qarşısında Azərbaycanın əleyhinə nümayiş keçirəcək”.

Bunu açıqlamasında Azərbaycanın Belçika Krallığındakı səfiri, Aİ-dəki Nümayəndəliyin rəhbəri Vaqif Sadıqov deyib.

Səfirin sözlərinə görə, keçmiş təcrübəyə əsasən, ehtimal olunur ki, erməni radikallar Azərbaycan səfirliyi istiqamətində yürüş keçirib, hücum edə bilərlər.

“2021-ci ildə belə hücum baş tutub, bizim bəzi vətəndaşlarımız xəsarət almışdılar. Belçika polisi o vaxt heç bir tədbir görməmişdi. Bu dəfə biz yerli polisi xəbərdar etmişik. Eləcə də buradakı xarici səfirliklər, Aİ qurumları və Avropa Parlamentinə məlumat verilib, lazımi tədbirlər görülüb. İndi vəziyyətin inkişafını gözləyirik”, - Vaqif Sadıqov vurğulayıb.

***

Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov ermənilərin səfirliyə mümkün hücumu ilə bağlı xəbərdarlıq edib.

Bu barədə səfir tviter səhifəsində yazıb.

“Bu gün Brüsseldəki erməni diasporunun radikalları Avropa Parlamenti qarşısında keçirilən mitinqdən sonra Azərbaycan səfirliyinə hücum etməyə hazırlaşırlar”, - o vurğulayıb.

.