Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə 1,7 milyard manat artırılıb.
Yenizaman bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.
Bunlar, 2024-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,3 % və 4,1 % çoxdur.
Son nəticədə büdcədə əvvəl elan edildiyi kimi, 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.
Artım Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılaraq 12 milyard 781 milyon manatdan 14 milyard 481 milyon manata çatdırılması hesabına olacaq.
.