103 yaşlı Qədir Rüstəmov - Azərbaycandan Böyük Vətən Müharibəsində iştirak etmiş və sağ qalan 997 müharibə veteranından biridir. Siyəzənin Eynibulaq kəndində yaşayan Qədir kişi alman faşistlərinin hücumu başlayandan 1945-ci ilin 9 mayınadək müharibədə olub.

Rabitəçi kimi hər an ölümlə qarşılaşdığını, lakin xoşbəxtlikdən salamat qalmasını Qədir kişi möcüzə sayır. "Bombardmana düşmüşəm, üstümə torpaq tökülüb, durub silkələnib davam etmişəm. Qəlpə yarası alsam da əlil olmadım".

Sinəsini müxtəlif orden və medallar bəzəyən 103 yaşlı Siyəzən sakini yalnız ayaqlarından şikayət edir. Buna baxmayaraq çətinliklə olsa da evinə yığışan qonşularının köməyilə həyətə düşüb ot çalmağını nümayiş etdirdi.

Qədir kişinin hafizəsinə də söz yoxdur, o, yaşının bu çağında bədahətən əzbər şeir də deyə bilib.(anspress.com)
.