Baş nazir Əli Əsədov Türkənistana səfər edəcək.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla telefon danışığı zamanı bildirib.
Dövlət başçısı dekabrın 12-də Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anım gününün keçirildiyini deyərək, Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edə bilməcəyini qeyd edib, həmin tədbirlərdə Azərbaycanın Baş nazirinin iştirak edəcəyini vurğulayıb.
.
