Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) Ər-Riyadda keçiriləcək qeyri-rəsmi zirvə görüşündə səfir səviyyəsində təmsil olunacaq.

Bu barədə Yenizaman-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycanın Səudiyyə Ərəbistandakı səfiri Şahin Abdullayev iştirak edəcək.

Qeyd edək ki, toplantıda Yaxın Şərqdəki vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

.