
Azərbaycandan Ukraynaya humanitar yardım məqsədilə göndərilən elektrik avadanlıqlarından ibarət yükün ikinci hissəsi yola salınır.
Yardım yük maşınları vasitəsilə Sumqayıt Texnologiyalar Parkından göndərilir.
Humanitar yardım 9 yük maşını ilə yola salınır.
Qeyd edək ki, Ukraynaya humanitar yardımın göstərilməsi Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında həyata keçirilir.
Xatırladaq ki, yardımın birinci hissəsi avqustun 13-də 10 yük maşınından ibarət karvanla yola salınıb.
Humanitar yardımın tərkibinə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, 7 dəst transformator və 25 generator daxildir.
Yardımın ümumi dəyəri 2 milyon dollar təşkil edir.
.