Zərgərlik məmulatlarının Azərbaycanın gömrük sərhədindən qanunsuz keçirmək cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan vətəndaşı “Qırmızı Kanal” vasitəsilə keçərkən mütləq qaydada bəyan etməli olduğu əşyaları elektron və yazılı formada bəyan etməyib.

Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus çamadanın içərisində gömrük nəzarətindən gizlədilən, ümumi çəkisi 128 qram olan qızıl zərgərlik məmulatları - iki ədəd sırğa-üzük-klon dəsti, bir ədəd sırğa-üzük-klon-qolbaq dəsti aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

.