“Sınıq Körpü” gömrük-keçid məntəqəsində Azərbaycandan Gürcüstana külli miqdarda valyuta keçirməyə cəhd edən Gürcüstan vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycandan Gürcüstana daxil olarkən 1988-ci il təvəllüdlü Gürcüstan vətəndaşının idarə etdiyi yük maşınına baxış keçirilərkən gömrük bəyannaməsində elan edilməmiş külli miqdarda xarici valyuta aşkarlanıb.

.