Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gün Vətənə dönüb.

Yenizaman xəbər verir ki, 360 zəvvarı gətirən iki təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Zəvvarların qayıdışı iyulun 11-dək davam edəcək.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1 440 zəvvar gedib.

Bu il bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edib.

.