Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana 12 101,3 min dollar pul köçürülüb.
Bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib.
Hesabat dövründə Azərbaycandan Gürcüstana daxil olan pul köçürmələrinin həcmi illik müqayisədə 11,2% artıb.
Bu ilin ilk yeddi ayı ərzində Gürcüstandan Azərbaycana köçürülən pul kütləsinin həcmi isə 7 718,7 min dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 13,3% çoxdur.
Yanvar-iyul aylarında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 960 606,9 min dollar həcmində pul köçürülüb. Qonşu ölkəyə ən çox pul köçürmələri 237 535,8 min dollar olmaqla Rusiyanın payına düşüb.
.
