
Azərbaycandan xarici bazarlara alma, armud və heyva ixracında artım dinamikası davam edir.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, bu ilin ilk yeddi ayı ərzində ölkəmizdən 58,941.5 ton alma, armud və heyva ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,6% artıqdır.
"İxrac olunan məhsulun həcmi ilə yanaşı dəyərində də artım müşahidə olunur.
Qeyd olunan dövrdə xarici bazarlara ixrac edilən alma, armud və heyvanın ümumi dəyəri 41,647.7 min dollar təşkil edib.
Bu məhsulların ixrac dəyəri ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 62,9% artıqdır".
.