Böyük Britaniyanın Rusiya, Çin, Serbiya, Macarıstan və Azərbaycan səfirliklərinə eynicinslilərin nikahını qeydiyyata almaq icazəsi verilib.
Virtualaz.org bildirir ki, bu barədə İngiltərənin "The Telegraf” qəzeti yazıb.
Qəzetin yazdığına görə, Böyük Britaniyanın diplomatik nümayəndəliklərində Birləşmiş Krallığın adları çəkilən ölkələrdə, həmçinin Boliviya, Kamboca, Çili, Yaponiya, Kolumbiya, Estoniya, Latviya, Monqolustan, Çernoqoriya, Nikaraqua, Peru, San-Marino, Vyetnam, Kosovo, Filippin, Kosta-Rika, Dominikan Respublikasında yaşayan vətəndaşları nikaha girə bilərlər.
Böyük Britaniyanın keçmiş xarici işlər naziri, parlamentin Leyboristlər partiyasından olan deputatı Kris Brayant bildirib ki, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin əsas vəzifələrindən biri "Britaniya dəyərlərini xaricə ixrac etməkdir”.
.
