Dünən günortadan Moderator.az xəbər portalının Facebook səhifəsi naməlum şəxslər tərəfindən oğurlanıb. Hazırda adminlər səhifənin idarəetmə panelinə daxil ola bilmirlər.
Moderator.az saytının rəhbərliyi hadisə ilə bağlı məlumat yayıb: "36 min izləyicisi olan səhifə faktiki olaraq əlimizdən alınıb. Biz Facebook şirkəti ilə yazışmaları davam etdiririk və min bir zəhmətlə əldə etdiyimiz sosial şəbəkə ünvanımızın bərpa olunmasına çalışırıq.
Amma bizim xəbərimiz olmadan səhifəmizi ələ keçirmiş hakerlər ora bizə dəxli olmayan yazılar yerləşdirməyə başlayıblar. İlahiyyatçı Tale Bağırzadə barədə məlumatlar da səhifəmizə yerləşdirilib. Bildiririk ki, bunlar təxribatdır və bunu törədənlərin kimliyindən xəbərimiz yoxdur".
.
