İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsinin bank hesabı ilə əlaqədar müddəalarına dəyişikliklər layihəsi təqdim edib.

Bu barədə "Azərbaycan Banklar Assosiyasiyası" İctimai Birliyi məlumat yayıb.

Məlumata görə, layihə çərçivəsində texniki infrastrukturun (texniki tələblərin) müzakirəsi məqsədilə Dövlət Vergi Xidmətinin nümayəndələri ilə bankların İT mütəxəssisləri və maliyyə-mühasibat işləri üzrə rəhbər şəxsləri arasında ilkin görüş keçirilib.

.