Müdafiə Nazirliyinin üç generalı vəzifəsindən azad olunub.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi general-mayor Lənkəran Əliyev  təqaüdə göndərilib.

Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, general-leytenant Zahid Hüseynov, general-mayor Rasim Əliyev və  general-mayor Lənkəran Əliyev yaşa görə ehtiyata buraxılıblar.

.