Təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib.

Bu, Nazirlər Kabineti "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliklərə verdiyi izahda bildirilib.

Qeyd edilib ki, dərslərin növbəli qaydada həyata keçirilməsi və davametmə müddətinə qoyulan məhdudiyyətlər ləğv edilib.

Eyni zamanda dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə tələbi ləğv edilib.

Distant təhsil tələbi ləğv edilib

Distant təhsil tələbi ləğv edilib və əyani təhsilə keçid müəyyən edilib.

Bu, Nazirlər Kabineti "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliklərə verdiyi izahda bildirilib.

Qeyd edilib ki, təhsil alanların dərslərdə əyani iştirakının könüllülük prinsipi əsasında olması ləğv edilib.

Sinif otaqlarında hər parta arxasında yalnız bir şagirdin oturması tələbi ləğv olunub

Tədris otaqlarında hər parta arxasında yalnız bir təhsil alanın oturması tələbi ləğv edilir.

Bu, Nazirlər Kabineti "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliklərə verdiyi izahda bildirilib.

Qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla istifadə edilməsi tələbi müəyyən edilir.

.