Azərbaycanda talassemiya diaqnozu qoyulan 3209 nəfər rəsmi qeydiyyatdadır.

Bu barədə  Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onlardan 1654 nəfəri kişi, 1555-i isə qadınlardır.

Mərkəzdən bildirilib ki, Talassemiya daşıyıcılarının dispanser qeydiyyatı aparılmır, çünki daşıyıcılar sağlam şəxslər hesab olunur:

"2015-ci ildən etibarən yeni ailə quran şəxslərin talassemiya daşıyıcılığına görə müayinəsi həyata keçirilir və aparılan müayinələrin nəticələrinə əsasən ölkə üzrə daşıyıcılıq göstəricisi təxminən 4 % təşkil edir".

Həmçinin qeyd olunub ki, hazırda təxminən 300 nəfər talassemiyalı pasiyent sümük iliyi transplantasiyası üçün gözləmə siyahısındadır:

"Cari ildə Milli Hematologiya və Transfuziologiya Mərkəzində 14 nəfərə sümük iliyi transplantasiyası icra olunub. Onlardan 6 nəfəri talassemiya diaqnozu olan pasiyentlərdir".

Xatırladaq ki, 8 May – Beynəlxalq Talassemiya Günü kimi qeyd olunur.

.