Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 817 938 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 805 709 nəfər müalicə olunaraq sağalıb, 9 857 nəfər vəfat edib, aktiv xəstə sayı 2 372 nəfərdir.
Ölkədə son sutka ərzində 1 916, hazırkı dövrədək isə 7 195 841 test aparılıb.
.