
Son bir ayda ölkə iqtisadiyyatında çalışan muzdlu işçilərin sayı azalıb.
Yenizaman.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən bildirir ki, 2015-ci ilin birinci rübündə ölkə iqtisadiyyatında muzdla işləyən işçilərin sayı 1 milyon 507 min nəfər olub. Onlardan 879,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 627,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Halbuki 2015-ci ilin fevral ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 514 min nəfər olub. Onlardan 880,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 633,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Göründüyü kimi, bu ilin bir ayı ərzində 7 min nəfər iş yerlərini itirib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə muzdla çalışanların sayı 3 min nəfər azalıb. Belə ki, keçən ilin birinci rübündə iqtisadiyyatda çalışan işçilərin sayı 1 milyon 510 min nəfər təşkil edirdi.