
Bu ilin 4 ayında Azərbaycanda 561,3 mln ədəd siqaret istehsal edilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 13% azdır.
Virtualaz.org Dövlət Statistika Komitəsinə (DSK) istinadən bildirir ki, ilin əvvəlindən tütün məmulatı istehsalı (istehsalçılar "European Tobacco-Baku” və "Cahan Tobacco”) həcmi 6,8 mln manat olub. Bu, 2014-cü ilin eyni dövründəkindən 17,7% azdır.
DSK-nın məlumatına görə, 4 ayda siqaretin pərakəndə qiymətləri aksiz dərəcəsinin artması ilə bağlı 51,4% bahalaşıb.
Yanvar-apreldə $105,5 mln məbləğində tütün məmulatı və tütün xammalı idxal edilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 9,2% azdır.
2014-cü ildə Azərbaycana $390 mln məbləğində 13,3 mlrd tütün məmulatı idxal edilib. Bu, 2013-cü ilin eyni dövründəkindən 17.1% çoxdur. İstehsal 66,6% artıb və 24,3 mln manat təşkil edib.
Xatırladaq ki, Azərbaycanda siqaret istehlakı ildə 15 mlrd ədəddir. Bu, adambaşına 1500 ədəd təşkil edir.