
Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların sayı açıqlanıb. Dövlət Statistika Komitəsinin Məlumatların yayılma şöbəsinin müdiri Rəfael Süleymanov "Report"a bildirib ki, ölkədə sağlamlıq imkanları məhdud uşaqların sayı 65 626 nəfərdir.
"1 iyul 2015-ci il tarixinə ölkədə müavinət alan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayı 65 626 nəfər olub", - R.Süleymanov deyib.
.