Azərbaycanda zorakılığa məruz qalan qadınların qorunması üçün verilən qısamüddətli mühafizə orderlərinin sayı ötən illə müqayisədə iki dəfə artıb.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliya İbrahimova deyib.
O bildirib ki, ötən il 146 qısamüddətli mühafizə orderi verilib: "Onlardan 46-sı Dövlət Komitəsinin müdaxiləsi ilə olub. Qalanlar isə yerli icra hakimiyyətlərinin rolu var".
Şöbə müdiri söyləyib ki, ötən il 12 uzunmüddətli mühafizə orderi verilib: "Bu sayın az olmasına səbəb hüquqi boşluq olmasıdır".
.