Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 26,1 milyard manat olub.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur. Hesabat dövründə ümumi dəyərin 76,9 %-ni pərakəndə ticarət dövriyyəsi, 19,8 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,3 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri ötən ilin dörd ayına nisbətən 4,2 % artaraq 24,9 milyard manat olub, onun 41,7 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Yanvar-aprel aylarında bir istehlakçı orta hesabla ayda 636,2 manat və yaxud illik müqayisədə nominal ifadədə 57,7 manat çox vəsait xərcləyib.

.