2022-ci ilin I yarımili ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış nağdsız əməliyyatların həcmi 2.2 dəfə artaraq 9.9 mlrd. manata çatıb.

"Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 12.2 faiz bəndi artaraq 40.4% olub. Ölkədaxili elektron ticarət əməliyyatlarının həcmi 2.8 dəfə artaraq 7.4 mlrd. manat, POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi isə 41% artaraq 2.5 mlrd. manata yüksəlib. Təmassız ödənişlərin sayı və həcmi isə 2021-ci ilin analoji dövr göstəricilərini müvafiq olaraq 2.8 və 2.1 dəfə üstələyib.
 

.