Azərbaycanda mövsümi vergilərin tətbiq edilməsinə baxılır.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O qeyd edib ki, mövsümi fəaliyyət göstərən subyektlərlə bağlı güzəştlərin edilməsi məsələsinə baxılır. S.Musayeva bildirib ki, bununla bağlı məsələ sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində də baxılır: “Bu məsələdə sahibkarların da təklifi nəzərə alınır, xüsusilə mövsümi vergilərin tətbiqi ilə bağlı sahibkarların təkliflərinə baxılacaq”.

.