Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

Ölkədə virusa yoluxanların 54,2 %-i Bakının payına düşür.

Yoluxma göstəricisi Abşeronda 12,9 %, Aranda 12 %, Gəncə-Qazaxda 7,3 %, Şəki-Zaqatalada 4,2 %, Quba-Xaçmazda 3,1 %, Lənkəranda 2,4 %, Dağlıq Şirvanda 2,4 %, Yuxarı Qarabağda 1,4 %, Naxçıvan Muxtar Respublikasında 0,3 %-dir.

Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,3 % təşkil edir.

Bakıda COVID-19-a yoluxma ən çox bu rayonda qeydə alınıb

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər də məlum olub.

Paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.

Bakıda aşkarlanan yoluxma faktlarının 14,7 %-i bu rayonun payına düşür.

Sonrakı yerlərdə 13,4 %-lə Xətai, 12,3 %-lə Yasamal, 11,1 %-lə Sabunçu, 8,2 %-lə Nərimanov və Suraxanı, 7,9 %-lə Nəsimi, 7 %-lə Nizami və Xəzər, 5,1 %-lə Səbail, 4,5 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.
 

.