Azərbaycanda COVID-19-a yoluxma hallarının bölgələr üzrə statistikası açıqlanıb.

Bu rəqəm Bakı üzrə 50 % təşkil edib.

Sonrakı yerlərdə 12,5%-lə Gəncə-Qazax, 11,6%-lə Abşeron, 9,3%-lə Aran, 7,3%-lə Lənkəran, 3,4%-lə ölkə xarici, 1,7%-lə Şəki-Zaqatala, 1,4%-lə Quba-Xaçmaz, 1,1%-lə Yuxarı Qarabağ, 1,6%-lə Dağlıq Şirvan, 0,05%-lə isə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.

Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Sabunçu (12,4%), Yasamal və Binəqədidə (12,3%) qeydə alınıb.  Xətaidə bu rəqəm 11,6%, Nəsimidə 11%, Suraxanıda 9,4%, Nərimanov 9,1%, Nizamidə 7,2%, Qaradağda 7%, Xəzərdə 4,4%, Səbaildə 3%, Pirallahıda 0,3% olub.

Yoluxanların yaş qrupunda isə 0-9 yaş arası 5%, 10-19 yaş arası 6%, 20-29 yaş arası 14%, 30-39 yaş arası 18%, 40-49 yaş arası 15%, 50-59 yaş arası 21%, 60-69 yaş arası 16 %, 70-79 yaş arası 4%, 80 yaşdan çox olanlar isə 2 faizdir.

Qeyd edək ki, bu Azərbaycanda ümumilikdə 8 530 nəfər virusa yoluxub. Onlardan 4 720 nəfəri sağalıb, 102-si isə dünyasını dəyişib. Bu gün aktiv koronavirus xəstələrinin sayı 3 708 nəfər təşkil edib. Ümumilikdə isə 356 032 müayinə aparılıb.  

.