Bakıda mağazadan alınan "Ovqat” şirkətinin istehsalı olan "Maşa və medved” kolbasasının içindən milçək çıxıb.

Bu barədə məlumatı Publika yayıb.

Məlumata görə, Bakı şəhər sakini sosial şəbəkədə həmin kolbasanın fotosunu paylaşıb və qeyd edib ki, "Araz” marketdən aldığı kolbasanı kəsəndə qablaşdırmanın altından milçək çıxıb.

O, aldığı kolbasanı marketə geri qaytarıb. 

"Ovqat” şirkətinin rəhbəri Anar Rzayev Teleqraf.com-a açıqlama verib. 
 
Onun sözlərinə görə, şəkilə diqqətlə baxılsa məlum olar ki, milçəyin ət üzərində heç bir izi yoxdur: "Kolbasanın içindən milçək çıxmayıb. İstehsal prosesində milçək yoxdur. Mənim obyektimdə milçək ola ki, kolbasadan da milçək çıxa... Şirkətimizin malında keyfiyyətsizlik varsa, həmin insanlar dövlətin müvafiq orqanlarına müraciət etsinlər ”.


.