Azərbaycanın idxal etdiyi benzin yüksək keyfiyyətlidir. Bu barədə dünən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə bildirib.
"İdxalçıların qarşısına tələb qoyulub ki, ölkəyə gətirilən yanacaq avro-5 standartına uyğun olsun″, – deyə o bildirib.
Onun sözlərinə görə, ölkədə istehsal edilən benzin avro-4 standartına uyğun deyil.
"Bu, Aİ-92 markalı benzindir. Səbəb budur ki, ölkədə yeni avtomobillərlə yanaşı, köhnə avtomobil parkından da istifadə edilir”, – deyə Həsənov qeyd edib.
.