Azərbaycanda işsiz şəxslərin sayı 209,1 min nəfərdir.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2024-cü il may ayının 1-nə olan göstəricilərə əsasən, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin 43,0 faizini qadınlar təşkil edir.

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 412,0 manat olub.

.