İlahiyyatçı Hacı Salman Kamiloğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Bu gün Abşeron rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Hacı Salman Kamiloğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ilahiyyatçı Cinayət Məcəlləsinin 153.2-ci (On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər - Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi üzrə ittiham olunur.
Hazırda Abşeron rayon Polis İdarəsində fakt üzrə istintaq hərəkətləri aparılır.
***
İlahiyyatçı hacı Salman Kamiloğlu saxlanılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir. Belə ki, hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Bildirilib ki, hadisə iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.
Bu gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.
.