"Azərbaycanda ICESCO-nun regional mərkəzi yaradılacaq". 

Bunu ADA Universitetində keçirilən mətbuat konfransında Mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, regional mərkəzin yaradılması 2021-ci il ərzində baş tutacaq, bu, bir çox ölkələri əhatə edəcək: " Əsas məqsəd ICESCO-nun böyük bir regionda təbliğini həyata keçirməkdir. Əminik ki, bu regional mərkəz həm Azərbaycan və ICESCO arasında, həm də regional dövlətlər arasında əlaqələrin inkişafına töhfə verəcək".

"ICESCO nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş bölgələrə səfərini əlamətdar və tarixi səfər hesab edirik"

Bunu ADA Universitetində keçirilən mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, səfər Azərbaycanla ICESCO arasında əlaqənin daha da möhkəmlənməsinə xidmət edir: "Səfər eləcə də işğaldan azad olunmuş torpaqlarda ermənilərin törətdiklərini beynəlxalq aləmə təqdim etmək məqsədi daşıyır. Ermənistanın Azərbaycana qarşı təcavüzü, tarixi-mədəni abidələrimizin dağıdılması hər zaman ICESCO-nun diqqətində olub".

Nazir qeyd edib ki, ən əsası 44 günlük Vətən Müharibəsi zamanı da ICESCO Azərbaycanın yanında olduğunu göstərib: "Nə Azərbaycan hökuməti, nə də Azərbaycan xalqı bu yaxşılığı unutmayacaq".

"Nümayəndə heyəti işğaldan azad olunmuş bölgələrə səfəri zamanı orada olan dağıntıları öz gözləri ilə gördü. Onlar bir daha şahid oldular ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmələrlə yanaşı, mədəni təmizləmələr də həyata keçirilib. Bu hadisələr bir daha göstərir ki, bu, insanlığa qarşı cinayətdir. Biz əminik ki, ICESCO və onun rəhbərliyi bu faktları görəndən sonra bununla bağlı hesabat hazırlayacaq və üzv dövlətlərə təqdim edəcək", - deyə nazir bildirib.

Nizami Gəncəvi ili ICESCO çərçivəsində təntənəli şəkildə qeyd olunacaq.

Bu barədə ADA Universitetində keçirilən mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov bildirib.

Nazir deyib ki, artıq ICESCO-nun baş direktoru Salim Bin Məhəmməd əl-Maliklə də bununla bağlı razılıq əldə edilib: "Azərbaycanda 2021-ci ilin "Nizami ili" elan olunması çərçivəsində ICESCO-da da bununla bağlı tədbirlər keçiriləcək. Əminəm ki, bu tədbir Nizami Gəncəvinin İslam dünyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq".

.