Azərbaycanda Rusiya investorlarının iştirakı ilə helikopterlərin təmiri xidmət mərkəzinin tikintisi başa çatıb.

Bunu Azərbaycan -Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının 20-ci iclasında çıxış edərkən Baş nazirin müavini Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, Mərkəz bu ilin üçüncü rübündə tam tərkibdə fəaliyyətə başlayacaq.

"Öz növbəsində azərbaycanlı investorların Rusiyada müxtəlif istiqamətlərdə bir neçə layihəsi var. Xüsusilə, sanatoriya və fabriklərin tikintisi. Hazırkı mərhələdə bir sıra yeni təşəbbüslər üzrə danışıqlar davam edir",- deyə Şahin Mustafayev qeyd edib.

.