Son illər Facebook Azərbaycanda ən populyar sosial şəbəkə olsa da, 2017-ci ildə bu mövzuda dəyişiklik olacaq. Orkhanrza.com-da bu haqda məlumat vermşdik. Belə ki, ölkədəki Instagram istifadəçilərinin artım tempi onu göstərir ki, yaxın aylarla Instagram istifadəçi sayına görə Facebook’u keçəcək və ölkəmizdə ən böyük auditosiyası olan sosial platforma adını qazanacaq. Facebook Reklam Panelinin (Ads Manager) statistika bölümünün son yenilənməsi bunu deməyə əsas verir.

Son 6 ayın statistikasına baxdıqda Instagramın çox sürətlə auditoriyasını genişləndirdiyini görürük. İyul ayında 750 min istifadəçisi olan Instagramda hazırda istifadəçi sayı 1.66 milyona çatıb. Facebookda isə son 6 ayda cüzi artım qeydə alınıb. Hazırda Facebook göstərir ki, Azərbaycanda Facebook istifadəçilərinin sayı 1,75 milyon, Instagram istifadəçilərinin sayı isə 1,66 milyondur.
.