2024-cü ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3% artaraq 24 milyard 579,9 milyon manat və ya hər nəfərə orta hesabla 2412,9 manat olub.

Yenizaman Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin sərəncamında qalan gəlirləri 21479,6 milyon manat təşkil edib.

.