Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 79 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 830 780 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 820 094 nəfər müalicə olunaraq sağalıb, 10 212 nəfər vəfat edib, aktiv xəstə sayı 474 nəfərdir.
Ölkədə son sutka ərzində 1298, hazırkı dövrədək isə 7 575 517 test aparılıb.
.