Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 612 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 9 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 815 047 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 801 707 nəfər müalicə olunaraq sağalıb, 9 822 nəfər vəfat edib, aktiv xəstə sayı 3 518 nəfərdir.

Ölkədə son sutka ərzində 4 025, hazırkı dövrədək isə 7 166 533 test aparılıb.

.