Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 830 360 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 660 nəfər müalicə olunaraq sağalıb, 10 197 nəfər vəfat edib, aktiv xəstə sayı 503 nəfərdir.

Ölkədə son sutka ərzində 920, hazırkı dövrədək isə 7 568 447 test aparılıb.

.