Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 469 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 201 nəfər müalicə olunaraq sağalıb, 9 953 nəfər vəfat edib, aktiv xəstə sayı 315 nəfərdir.
Ölkədə son sutka ərzində 1 935, hazırkı dövrədək isə 7 329 356 test aparılıb.
.