Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 420 yeni yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 804 585 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 791 656 nəfər müalicə olunaraq sağalıb, 9773 nəfər vəfat edib, aktiv xəstə sayı 3156 nəfərdir.
Ölkədə son sutka ərzində 3303, hazırkı dövrədək isə 7 091 597 test aparılıb.
.