Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 393 yeni yoluxma faktı qeydə alınıb, 302 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 789404 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 786358 nəfər müalicə olunaraq sağalıb, 9747 nəfər vəfat edib, aktiv xəstə sayı 2299 nəfərdir.
Ölkədə son sutka ərzində 2952, hazırkı dövrədək isə 7042298 test aparılıb.
.