Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 306 yeni yoluxma faktı qeydə alınıb, 258 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 796 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 785 166 nəfər müalicə olunaraq sağalıb, 9 739 nəfər vəfat edib, aktiv xəstə sayı 1977 nəfərdir.

Ölkədə son sutka ərzində 3 739, hazırkı dövrədək isə 7 029 737 test aparılıb.

.